16/02/2017 16:42

Türkiyədə helikopterlər üçün yeni mühərrik yaradılır

Türkiyənin TAİ (Turkish Aerospace Industries) şirkəti yeni çoxməqsədli T-625 helikopteri üçün turbovallı mühərrikin yaradılması işlərinə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri şirkətin mətbuat xidməti yayıb.

Yeni mühərrik hazırda istifadədə olan “LHTEC CTS800” mühərriklərini əvəz edəcək.

Bu mühərrik 1400 at gücündə (1044 kilovatt) olacaq.

2020-ci ilə kimi mühərrikin seriyalı istehsalına başlanıla bilər.