16/02/2018 13:12

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin İzmir bölgəsində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

“AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində baş verib. Qəza nəticəsində 2 pilot həlak olub. Məsələ ilə bağlı açıqlama verən Türkiyə Silahlı Qüvvələrindən bildirilib ki, sınaq uçuşlarını həyata keçirən SF-260D təyyarəsi ilə saat 10:49-dan etibarən radar əlaqəsi kəsilib.

“Aparılan araşdırmalar zamanı təyyarə hava limanından 3 km şimalda aşkar edilib. 2 pilot həlak olub”, – deyə məlumatda qeyd olunub.