04/03/2017 21:52

Türkiyədə minatəmizləmə mövzusunda seminar keçirilib

Türkiyənin İzmir şəhərində “Minatəmizləmə seminarı-2017” (“Demining seminar – 2017”) mövzusunda tədbir keçirilib.

“AzeriDefence”nin məlumatına görə, martın 2 və 3-də keçirilmiş iki günlük seminarda humanitar minatəmizləmə, o cümlədən partlamamış hərbi sursatlar və improvizə edilmiş partlayıcılarla mübarizə sahəsində görülən işlər, mövcud yanaşmalar barədə məruzələr olub.

Seminarda Azərbaycanın ANAMA agentliyindən də nümayəndələr iştirak ediblər. ANAMA-nın əməliyyat şöbəsinin meneceri Samir Poladov Azərbaycanda PHS təhlükəsi ilə mübarizə sahəsində Agentliyin həyata keçirdiyi layihələr barədə məruzə ilə çıxış edib.

Seminar “Security Consulting Turkey” şirkəti tərəfindən təşkil olunub.