20/04/2017 17:20

Türkiyədə yeni nəsil döyüş təyyarələri üçün müasir kabinə yaradılıb

Türkiyənin ASELSAN şirkəti yeni nəsil döyüş təyyarələri üçün müasir kabinə hazırlayıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Yeni nəsil kabinə Türkiyənin Milli Döyüş Təyyarəsi layihəsi daxil olmaqla bir çox modern hava platformalarına inteqrasiya olunması nəzərdə tutulub.

Sistem yığcam ekran, tapşırıq idarəetmə kompüteri və göstərici xüsusiyyətlərini tək bir avadanlıqda toplayır.

Yeni texnologiya təchiz olunan cihazlar vasitəsiylə lazım olan məlumatları alır, fərqli görüntülər yaradır, video və qrafik görüntülərini istənilən şəkildə geniş ekran üzərində mümayiş etdirir.

Müasir kabinə pilotlara ekran və ya nəzarət paneli üzərindən əsas uçuş ekranı, yeni tip idarərtmə məlumatları və rəqəmli xəritə ilə vəzifəyə uyğun səhifələri seçmək imkanı yaradır.

Sistem platforma ehtiyaclarına uyğun xidmət funksiyalarını idarə edən uçuş hərəkəti təminatına sahibdir.

Bu proqram bütün görüntü və xidmət funksiyalarını, məlumat rəhbərliyini, kabinə ilə interfeys olan alt-sistemlerin nəzarətini aparır.

Kabinənin üç ölçülü səs, sintetik görüntü və avtomatik nitqi tanıma kimi bir çox xüsusiyyətləri var.