01/12/2017 11:32

Türkiyəli general Azərbaycan HHQ-nin aviabazalarında olub – FOTO

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənın Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.