18/02/2018 21:26

Türkiyənin “Aser Teknoloji” şirkəti antidron silahını nümayiş etdirib

Türkiyənin “Aser Teknoloji” şirkəti antidron silahını nümayiş etdirib.

“AzeriDefence” xəbər verir ki, şirkətin rəhbəri Ertan Murat “Anadolu” agentliyinə verdiyi açıqlamasında yeni antidron silahın xarakterstikası barədə məlumat verib.

Bildirilib ki, “Aser Teknoloji” şirkətinin “Ar-Ge” imkanları sayəsində 1,5 il müddətində, bu günün yeni təhdidlərinə qarşı müasir həll hazırlanıb.

Yeni antidron silah 2 saat əməliyyat aparmaq imkanına malikdir. Sistem dronun idarəetmə siqnallarını 2 km məsafədə kəsərək onu zərərsizləşdirir.

Şirkət rəhbəri bildirib ki, hazırda bazara təqdim olunan antidron sistemlərində 10 il əvvəl yaradılmış qarışdırıcılar istifadə edilir. “Aser Teknoloji” isə özünün antidron silahında rəqəmsal həll tətbiq edib: “Burada istifadə etdiyimiz yüksək güclü RG güc amplifikatorları GSM baza stansiyalarında istifadə edilən yeni nəsil amplifikatorlardır. Çox sayda istehsal edildiyi üçün qiyməti də uyğundur. Ha

Şirkət rəhbəri bildirib ki, hazırda bazara təqdim olunan antidron sistemlərində 10 il əvvəl yaradılmış qarışdırıcılar istifadə edilir. “Aser Teknoloji” isə özünün antidron silahında rəqəmsal həll tətbiq edib: “Burada istifadə etdiyimiz yüksək güclü RG güc amplifikatorları GSM baza stansiyalarında istifadə edilən yeni nəsil amplifikatorlardır. Çox sayda istehsal edildiyi üçün qiyməti də uyğundur. Hazırladığımız proqram təminatı sayəsiində bu texnologiya bizə aşağı güc tətbiqi ilə effektiv nəticə qazanmağa imkan verir. Batareyanın istifadə ömrü uzanır. Digər bir yenilik isə ondan ibarətdir ki, başqa cihazlarda RF güc amplifikatoru və  batareya ayrıca kürəkdə daşınan çantaya yığıldığı halda biz bu qurğuları, nəzarət kartı və batareyanı silahın gövdəsi daxilində yerləşdirdik”.