02/08/2019 18:09

Türkiyənin “Dearsan” tərsanəsi Türkmənistan HDQ-nə korvet inşa edəcək

Türkmənistan Hərbi Dəniz Qüvvələri Türkiyənin “Gülhan & Dearsan İş Ortaklığı” şirkəti ilə korvet sinif hərbi gəminin inşasına dair müqavilə imzalayıb.

“AzeriDefence”nin Türkiyə müdafiə sənayesindəki mənbələrdən əldə etdiyi məlumata görə, müqavilə çərçivəsində Türkmənbaşı liman şəhərindəki tərsanədə “Gülhan & Dearsan İş Ortaklığı” şirkəti tərəfindən bir ədəd 65 metrlik korvet gəmisinin inşası həyata keçirilək.

Türkmənistan Hərbi Dəniz Qüvvələri üçün inşa olunan gəmi layihəsi “Türkmən” sinif korvet adlanır.

Növbəti mərhələdə bu sayın artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “Gülhan & Dearsan İş Ortaklığı” şirkəti tərəfindən 2010-cu ildən bu günədək Türkmənistan Hərbi Dəniz Qüvvələri və Sərhəd Mühafizəsi üçün ümumilikdə 25 gəmi (10 ədəd 57 metrlik Tuzla sinif gözətçi gəmisi, 2 ədəd desant gəmisi, 6 ədəd 33 metrlik hücum kateri, 5 yedək gəmisi, 1 hidroqrafik gəmi, 1 ədəd sərnişin gəmisi) inşa edilib.