28/09/2017 15:44

Türkiyənin “Əjdər Yalçın” maşınları bir neçə ölkəyə ixrac ediləcək

Türkiyənin “Nurol Makina ve Sanayi” şirkətinin “Əjdər Yalçın” taktiki zirehli maşınlarına təlabat artır.

“AzeriDefence”nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ilk ixracı Tunis Silahlı Qüvvələrinə edilən və təxminən 10 ölkə tərəfindən dəyərləndirən “Əjdər Yalçın” zirehli maşınlarının cari ildə bir neçə ölkəyə ixracı gözlənilir.

Hazırda, müqavilə öncəsi “Əjdər Yalçın”ın alğı-satqısına dair danışıqlar aparan üç fərqli ölkədə sınaqları keçirilir. Bu günə qədər Türkiyə təhlükəsizlik qüvvələrinə təxminən 400 ədəd “Əjdər Yalçın” maşını təhvil verilib. 50 civarında “Əjdər Yalçın” zirehli maşını da xaricə ixrac olunub. Məlumatda bildirilir ki, bu il “Əjdər Yalçın” maşınlarına dair xarici müştərilərdən gələn  sifarişlərin sayının 100-ü keçməsi dözlənilir.

Şirkətin məlumatına görə, 4×4 təkər formuluna malik “Əjdər Yalçın” TTZA sinfində minaya qarşı ən yüksək qorumanı təmin edir. Maşının mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılıb. “Əjdər Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir. Sürücü və komandir daxil 11 nəfəri daşıya bilən “Əjdər Yalçın”ın döyüş ağırlığı 14 ton, faydalı yükü 4 tondur.

375 at gücündə mühərriklə təchiz olunmuş maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7.75 metr radiusda dönən zirehli maşın 60 % bucaq altında maili yüksəkliyə qalxır, 30 % bucaq altında isə yana maili ərazidə hərəkət edir, 1.1 metr enində xəndəkləri, 0.5 metr hündürlükdə dik maneələri, 1.1 metr dərinlikdə su maneələrini dəf etməyi bacarır.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.