29/04/2016 13:59

Türkiyənin “Əjdər Yalçın” maşınları SARP-la silahlanacaq

Türkiyənin ASELSAN və “Nurol Makina ve Sanayi” şirkətləri arasında ümumi məbləği 29 milyon 160 min avro olan müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, müqaviləyə əsasən, təhlükəsizlik qüvvələrinin alacağı “Əjdər Yalçın” zirehli maşınların silahlanması üçün ASELSAN tərəfindən SARP distans döyüş modulu təchiz ediləcək.