31/10/2016 18:08

Türkiyənin elektromaqnit topu üzə çıxdı – FOTOLAR

Türkiyənin TÜBİTAK mərkəzi elektromaqnit top hazırlayıb.

“AzerDefence”nin məlumatına görə bu barədə Türkiyənin elm, sənaye və texnalogiya naziri Faruk Özlü şəxsi Twitter səhfəsində yazıb.

“Sapan” adı verilən silah elektromaqnit texnologiyası ilə hazırlanıb. F. Özlünün yazdığından belə məlum olur ki, elektromaqnit silah başlanğıcda hava hücumundan müdafiədə istifadə olunacaq.

Elektromaqnit enerji sayəsində mərmilər səsdən 10 qat yüksək sürətlə hədəfə çata bilir. 2014-ci ildə testləri keçirilən “Sapan”ın ilk prototipi də hazırlanıb.

“Sapan”ın texniki xüsusiyyətləri və istifadə sahəsi haqqında hələlik heç bir açıqlama verilmir.