08/08/2018 14:31

Türkiyənin Əmniyyət Baş İdarəsi ASELSAN radiostansiyaları ilə təchiz olunacaq

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) və ASELSAN şirkəti arasında radiostansiya layihəsinə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Müqaviləyə əsasən Əmniyyət Baş İdarəsinin Ankara və İstanbul şöbələrinin rabitə sistemlərinə olan ehtiyacları təmin olunacaq. Əmniyyət Baş İdarəsinin tabeliyində olan ərazilərdə Milli Kripto DMR (Digital Mobile Radio) Radio Sistemi qurulacaq.

Yeni radiostansiyalar vasitəsi ilə Əmniyyət İdarələri təhlükəsiz rabitə qurmaq imkanına sahib olacaq. Bundan başqa müqavilə çərçivəsində ASELSAN şirkəti Əmniyyət Baş İdarəsi üçün asan istifadə olunan 3700 Model əl radiostansiyaları tədarük edəcək.