30/11/2017 10:38

Türkiyənin FNSS şirkəti türkdilli respublikalara çıxmağa çalışır

Türkiyənin ən böyük zirehli hərbi texnika istehsalçılarından olan FNSS şirkəti türkdilli respublikaların bazarına çıxmaq üçün fəaliyyətlər göstərir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyədə yayımlanan MSİ jurnalına müsahibəsində FNSS şirkətinin Beynəlxalq Biznesin İnkişafı üzrə direktoru Melih Kayaalp bildirib.

Kayaalpın sözlərinə görə, Türkiyə müdafiə və aviasiya sənayesinin bu ölkələrdəki varlığının möhkəmləndirilməsi müzakirə mövzusudur və bu FNSS-ə də təsir göstərir: “Türk cümhuriyyətlərinin hələ də Rusiyanın təsiri altındadır. Oraya getdiyinizdə hələ də rus cizgilərini və təsirlərini görə bilirsiniz. Son dönəmdə Türk cümhuriyyətlərinin fərqli kanallardan satınalmalarını, hətta Türkiyə istehsalı olan sistemlərə də maraq duyduqlarını müşahidə edirik. Bu ölkələrdəki ehtiyacları izləyib, FNSS varlığını buralara da daşımaq istəyirik və bu çərçivədə çalışmalarımız davam edir”.

Kayaalp bildirib ki, türkdilli respublikalarla Şərqi Avropadakı Rusiyanın təsiri altında olan ölkələr arasında çox önəmli fərqlər var: “Şərqi Avropa ölkələrinin bir çoxu Avropa Birliyinin üzvüdür. Maliyyəsini Avropa Birliyindən alır və buna görə, bir az qərbə yönəlməyə başlayıblar. Bu ölkələrin bəzilərində izlədiyimiz layihələr var. Amma bu ölkələrdə də əsas bir pproblem var: büdcələri və ehtiyacları kiçikdir. Qərar vermələri uzun illər çəkə bilər. Ukraynanı isə onlardan ayrı tuturam. Birincisi AB üzvü deyil. ikincisi digər ölkələrlə qarşılaşdırıldığında müdafiə sənayesi və texnologiyaları çox öndədir. Öz təyyarələrini, maşınlarını istehsal edirlər. Belə bir ölkə ilə danışdığınız zaman da ixracat etmək çətinləşir… Amma hər zaman bu tip bazarları da izləyirik, oradakı yetkililərlə görüşürük. Ənənəvi məhsullarımızla yanaşı özəl məhsullarımız da var. Örnək olaraq “Samur” səyyar üzən hücum körpüsü bunlardan birdir. Müdafiə sənayesində inkişaf etmiş və öz sistemlərini istehsal edə bilən ölkələrdə belə bu tip vasitələrə ehtiyac ola bilər. Başqa bir maşını bəlkə oraya ixrac edə bilməriksə də, bu maşınla ixracat çalışmalarımızı gerçəkləşdiririk. Məsələn, hazırda “Samur”un İngiltərəyə satışı üçün finala keçən iki firmadan biriyik”.