25/11/2015 11:02

Türkiyənin hava sahəsini pozan rus təyyarəsinin RADAR İZİ və ona edilən XƏBƏRDARLIQ

Türkiyənin hava sahəsini pozan Rusiya Hava Qüvvələrinə məxsus Su-24 bombardmançısını vurmazdan əvvəl edilən xəbərdarlıqlarla bağlı səs qeydləri və radar izi təqdim edilib.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Hava Qüvvələri tərəfindən UHF 243.000 MHz açıq rabitə kanalı ilə Rusiya təyyarəsinə 5 dəqiqə ərzində 10 dəfə geri dönməsi barədə xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoymayan təyyarə F-16-dan atılan AİM-9X “hava-hava” tipli raketlə vurulub.

Bundan sonra, vurulan təyyarənin pilotunun axtarışına çıxan Rusiyaya məxsus bir ədəd Mi-8 helikopteri suriyalı üsyançılar tərəfindən TOW raketi ilə məhv edilib.

Rusiya Müdafiə Nazirliyi Su-24 pilotuna F-16-ların pilotları tərəfindən xəbərdarlıq olunmasını təkzib edir.

Xəbərdarlıq burada