31/07/2019 16:29

Türkiyənin HDQ-nin axtarış qrupu MiQ-29 təyyarəsinin axtarışlarında iştirak üçün Azərbaycana göndərilib

Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və pilotunun axtarışı məqsədi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Azərbaycana yola salınıb.

“Azeri Defence”nin məlumatına görə bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında bildirib.

Axtarış xilasetmə qrupunun 10 nəfərlik şəxsi heyəti lazım olan avadanlıqlarla birgə təyyarə ilə Bakıya yola salınıb.