01/10/2019 13:21

Türkiyənin ilk döyüş lazeri silahlanmaya qəbul edilib – VİDEO

Türkiyənin TÜBİTAK BİLGEM institutu tərəfindən yaradılmış ARMOL adlı lazer silahının sınaqları tamamlanaraq silahlanmaya qəbuluna icazə verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında yazıb.

“Lazer silahları sahəsində geniş çaplı işlər aparılır. Bu istiqamətdəki uğurlara misal olaraq ARMOL ilə inventarına lazer silahını daxil edən azsaylı ölkələrdən biri olduq”, – deyə İ. Dəmir yazıb.