18/12/2015 21:34

Türkiyənin “Bayraqdar TB2” pilotsuz uçuş aparatı silahlandırıldı

Türkiyənin ilk yerli pilotsuz uçuş aparatı olan “Bayraqdar TB2” silahlandırılıb.

“AzeriDefence”nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PUA-nın ROKETSAN şirkətinin istehsalı olan UMTAS-L tank əleyhinə idarə olunan raketlərlə atış testi tamamlanıb.

Atışlar uğurla yekunlaşıb. Test zamanı “Bayraqdar TB2” atdığı raketlə 2×2 metr ölçülü hədəfi 8 km məsafədən yüksək dəqiqliklə məhv edib.

PUA atış testində hər biri 37.5 kq təşkil edən iki ədəd UMTAS-L raketi götürüb. Raketin atışı təxminən 5 km yüksəklikdən həyata keçirilib.

milli-iha-ya-yerli-fuze--1900281

milli-iha-ya-yerli-fuze--1900282