29/12/2016 17:26

Türkiyənin ilk yerli LST gəmisi fevral ayında donanmaya qəbul ediləcək

Türkiyənin TCG “Bayraktar” (L-402) tank daşıyan amfibiya gəmisi (LST) 2017-ci ilin fevral ayında Hərbi Dəniz Qüvvələrinin (HDQ) invertarına daxil olacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” səhifəsində xəbər yayıb.

Anadolu Tərsanəsi (ADİK) tərəfindən TCG “Bayraktar”ın inşasına 2013-cü il iyun ayının 17-də başlanıb. Gəmi 2015-ci il oktyabrın 3-də isə suya endirilib.

Qeyd edək ki, ADİK Tərsanəsində inşa edilən eyni sinifli – “Sancaktar” adlı ikinci gəminin 2017-ci ilin oktyabr ayında HDQ-nin inventarına daxil edilməsi planlaşdırılıb.