11/05/2017 18:50

Türkiyənin müdafiə naziri Azərbaycan silahları ilə tanış olub – FOTO-VİDEO

Türkiyənin müdafiə naziri Fikri İşıq IDEF-2017 sərgisində iştirak edən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində olub.

“AzeriDefece”nin məlumatına görə, MSN nümayəndələri tərəfindən F. İşığa sərgidə nümayiş etdirilən məhsullar barədə məlumat verilib.

Nazir MSN istehsalı olan “Tufan” MRAP-la, eləcə də atıcı silahlarla maraqlanıb.

Jurnalistlərə açıqlamasında F. İşık qeyd edib ki, Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşündə hərbi və hərbi sənaye sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edib.

“Azərbaycanın ehtiyaclarını, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkiyə olaraq biz nə edə bilərik və digər məsələləri müzakirə etdik. Hazırda bir sıra adımlar atırıq və bundan sonar da atacağıq. Qardaşlığımızı möhkəmləndirəcək birgə layihələri həyata keçirəcəyik”, – deyə nazir vurğulayıb.

F. İşık qeyd dib ki, Türkiyə və Azərbaycan güclərini birləşdirdikcə düşmənləri qorxuya salır.