26/02/2017 21:07

Türkiyənin müdafiə naziri Xocalı şəhidlərini yad etdi

Türkiyənin milli müdafiə naziri Fikri İşık Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə başsağlığı mesajı yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, Fikri İşığın rəsmi “Twitter” səhifəsində Xocalı soyqırımı ilə bağlı başsağlığı yayımlayıb.

Qardaş ölkənin müdafiə naziri “25 il öncə Xocalıqda zalımlıqla qətl edilən qardaşlarımıza Allahdan rəhmət diləyirəm” yazıb.