28/09/2017 21:43

Türkiyənin müdafiə naziri Yaqub Eyyubovla görüşüb

Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb.

“AzeriDefence”nin məlumatına görə, görüşdə iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Nazirlər Kabinetinin müvafiq idarələrinin rəhbərləri iştirak ediblər.