04/01/2018 20:53

Türkiyənin müdafiə və aviasiya sektoru 1.74 milyard dollarlıq ixracat həyata keçirib

Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2017-ci ildə 1.74 milyard ABŞ dolları dəyərində ixracat həyata keçirib.

“AzeriDefence”nin “TGRT Haber”ə istinadən verdiyi məlumata görə, sektorun ixracat həcmində 2016-cı illə müqayisədə 3,72% artım olub.

Türkiyə İxracatçılar Məclisinin açıqladığı statistik məlumatlara görə, ixracatda birinci yerdə 692 milyon 312 min dollarla ABŞ, sonrakı yerdə 208 milyon 641 min dollarla Almaniya və üçüncü yerdə 106 milyon 871 min dollarla Hindistan dayanıb.

Sonrakı yerlərdə Fransa, Polşa, İngiltərə, Səudiyyə Ərəbistanı, İtaliya, Malayziya, Azərbaycan, Türkmənistan və Qatar yer alıb.