03/05/2018 16:11

Türkiyənin müdafiə və aviasiya sektoru 595 milyon dollarlıq ixracat həyata keçirib

Türkiyənin müdafiə və aviasiya sənayesinin məhsul ixracı bu il əhəmiyyətli dərəcədə artıb.

“AzeriDefence” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu artımda müdafiə sənayesi şirkətlərinin Quru Qoşunları üçün hazırladığı zirehli maşınların satışı mühüm rol oynanıb.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, müdafiə və aviasiya sənayesi ötən ilin ilk 4 ayında təxminən 507 milyon dollarlıq məhsul ixrac edib. Bu ilin eyni dövründə ixrac həcmi 17 faiz artaraq 595 milyon dollara çatıb.

Sözügedən 88 milyon dollarlıq ixrac artımının əsası, Türkiyə müdafiə sənayesinin Quru Qoşunları üçün hazırladığı zirehli maşınlara Oman, Seneqal və Qətər tərəfindən göstərilən böyük maraq olub. Belə ki, Omana ötən ilin ilk 4 ayında 1 milyon 588 min dollarlıq məhsul ixrac edilmişdisə, bu ilin eyni dövründə həmin rəqəm 70 milyon 724 min dollara qədər yüksəlib. Omana həyata keçirilən məhsul ixracı həmin dövrlə müqayisədə təxminən 45 dəfə artıb. Oman, müdafiə və aviasiya sənayesindəki bu ixrac rəqəmi ilə ABŞ və Almaniyandan sonra 3-cü sırada yer alıb.

Oman Quru Qoşunlarının zirehli maşına olan ehtiyacını qarşılamaq üçün elan etdiyi tenderi “Pars” maşın ailəsiylə FNSS şirkəti qazanıb. FNSS zirehli avtomobillərin ilk partiyasının çatdırılmasını 2017-ci ilin noyabr ayında həyata keçirib. Saziş çərçivəsində, 2020-ci ilə qədər Oman Quru Qoşunlarına, “Pars III 8×8” və “Pars III 6×6” olmaqla cəmi 13 konfiqurasiyada 172 zirehli maşının tədarük edilməsi planlaşdırılır.

FNSS ilə yanaşı HAVELSAN şirkəti də Omanda ixrac istiqamətində uğurlar əldə edib. Qətərə ötən ilin 4 ay müddəti ərzində 988 min dollarlıq məhsul ixrac edilib. Bu ilin eyni dövründəki məbləğlə müqayisə etdikdə isə həmin rəqəm təxminən 8 dəfə artaraq yəni 8 milyon 399 min dollara qədər yüksəlib.

Bunla belə Qətərdə BMC və “Nurol Makina” şirkətlərinə aid zirehli maşınlardan geniş şəkildə istifadə edilir. Son olaraq Qətərin paytaxtı Dohada keçirilən DİMDEX-2018 sərgisində Qətər Xüsusi Təyinatlı Qüvvələri ilə “Nurol Makina” arasında 214 ədəd NMS 4×4 konfiqurasiyalı maşının tədarükünə dair saziş imzalanıb. Şirkət daha əvvəl də Qətər ilə 342 ədəd “Əjdər Yalçın” 4×4 konfiqurasiyalı zirehli döyüş maşını üçün müqavilə imzalayıb. “Nurol Makina” tərəfindən istehsal edilən zirehli maşınlar artıq Qətər təhlükəsizlik qüvvələrinin inventarına daxil olmağa başlayıb. BMC şirkəti də Qətər Ordusunun ehtiyaclarını qarşılamaq üçün 50 ədəd “Kirpi” MRAP və 35 ədəd “Amazon” zirehli avtomobili istehsal edəcək.

Türkiyə müdafiə sənayesinin ötən ilin 4 ayında Seneqala ixracı 69 min dollar təşkil edib. Bu ilin eyni dövrü ilə müqayisədə rəqəm 4 milyon 796 min dollara çatıb. Bununla da, Seneqala ixrac 69 dəfə artıb. Seneqal ordusu, müdafiə sahəsində xüsusilə terrorla mübarizə çərçivəsində döyüş gücünü qüvvətləndirmək üçün Türkiyədən 25 ədəd “Əjdər Yalçın” və 4 ədəd ictimai təhlükəsizliyin təmin edilməsi üçün “Əjdər TOMA” satın alıb. Hazırda “Əjdər Yalçın” və “Əjdər TOMA”ların sifarişçiyə çatdırılma prosesi davam etdirilir.

Məlumatda o da qeyd olunub ki, müdafiə və aviasiya sənayesinin ötən ilin 4 aylıq müddətində Oman, Qətər və Seneqala ixrac etdiyi məhsulların qiyməti 2 milyon 645 min dollarlarla məhdudlaşsa da, bu ilin eyni dövründəki ixrac məbləği 83 milyon 919 min dollara qədər yüksəlib. Həmin dövrdəki müdafiə və aviasiya sənayesinin 88 milyon dollarlıq ixrac artımının demək olar ki, mühüm hisəssi Oman, Qətər və Seneqal arasında həyata keçirilən ticarətdən qaynaqlanıb.