09/08/2019 18:15

Türkiyənin sualtı axtarış qurpu MiQ-29 təyyarəsinin dənizin dibindəki görüntülərini paylaşdı – FOTOLAR

Türkiyənin Milli Müdafiə Nazirliyi özünün sosial media hesabında Azərbaycana köməyə gələn Hərbi Dəniz Qüvvələrinin (HDQ) axtarış-xilasetmə qrupu tərəfindən Xəzər dənizinin dibində aşkarlanan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin su altından çəkilən görüntülərini paylaşıb.

“AzeriDefence”nin bildirdiyinə görə, nazirliyin yaydığı məlumatda “Dəniz Qüvvələri Komandanlığı SAK qrupu (sualtı axtarış-xilasetmə) tərəfindən Xəzər dənizinə düşən Azərbaycan Hava Qüvvələrinə aid döyüş təyyarəsi ROV cihazı ilə təsbit edildi. Bundan sonra dalğıclar tərəfindən təyyarənin böyük və kiçik parçalarının görüntüsü alındı”, – deyə qeyd olunub.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizinə düşüb.