26/02/2018 14:53

Türkiyənin xüsusi təyinatlı qüvvələri Afrinə girib – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” əməliyyat çərçivəsində, ölkənin Jandarma və Xüsusi Təyinatlı Polis Qüvvələri Suriyanın Afrin bölgəsinə girib.

“AzeriDefence” CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyənin Xüsusi Təyinatlı Qüvvələri iki mövqedən – Kilis Gülbaba və Hatay Hassa sərhədindən Afrin bölgəsinə daxil olublar. Məsələ ilə bağlı açıqlama verən baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, bu, yaxınlaşan yeni mübarizə üçün hazırlıq mərhələsidir.

Məlumatda bildirilib ki, Xüsusi Təyinatlı Qüvvələr Türkiyə-Suriya sərhədində, o cümlədən Afrin bölgəsində təhlükəsizlik və sabitliyi təmin edəcək, yerli sakinləri terrorçularının təzyiq və hücumlarından qoruyacaq, həmçinin onların kəndlərə yenidən girməsinin qarşısını alacaqlar.

Bununla da “Zeytun budağı” əməliyyatının ikinci hissəsi başlayıb. Bu günə qədər Afrinin 23%-i – 537 kv/km ərazisi terrorculardan azad edilib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-də Afrində “Zeytun budağı” adlı başladığı əməliyyat hazırda davam edir. Bu müddət ərzində 2059 terrorçu zərərsizləşdirilib.