24/05/2016 13:39

Türkiyənin yeni müdafiə naziri təyin olunub

Türkiyədə yeni müdafiə naziri təyin olunub.

“AzəriDefence”nin məlumatına görə, Türkiyənin 65-ci hökuməti təsdiqlənib. Baş nazir Binəli Yıldırımın başçılıq edəcəyi hökumətin müdafiə naziri postuna Fikri İşıq təsdiq olunub.

Qeyd edək ki, Fikri İşıq bundan əvvəl sənaye və texnologiya naziri olub.

Türkiyənin sabiq müdafiə naziri İsmət Yılmaz isə təhsil naziri təyin edilib.