06/11/2019 17:00

Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti AAHM-də olub

Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədris prosesinə və ümumi fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarında olan tədris vəsaitləri, maddi-texniki və hərbi təyinatlı digər vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası, təlim trenajorları, atıcı silahlar və digər hərbi avadanlıqları barədə ətraflı məlumat verilib.