05/02/2012 13:32

Türkiyənin ANEL şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb

Türkiyənin “ANEL Telekomünikasyon Elektronik Sistemleri Sanayi ve Ticaret” şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb. “AzeriDefence”nin əldə etdiyi məlumata görə, yanvarın 30-da Azərbaycanda dövlət qeydiyyatına alınmış şirkətin qanuni təmsilçisi Zəki Fuat Tunadır.

Şirkət Baki şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ev.44 ünvanında yerləşir.

Qeyd edək ki, ANEL şirkəti enerji, müdafiə və təhlükəsizlik, telekommunikasiya daxil olmaqla bir çox sahələrdə fəaliyyət göstərir. ANEL Türkiyənin müdafiə sənayesi sektorunda reallaşdırılmış MİLGEM, GENESİS, mina tral gəmisi kimi böyük layihələrdə yer alıb.