05/08/2015 19:23

Türkiyənin Azərbaycana yeni hərbi attaşesi təyin olunub

General-mayor İhsan Başbozqurd Azərbaycana hərbi attaşe, general-leytenant Həsən Nevzat Taşdeler Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi təyin edilib Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

Yüksək Hərbi Şuranın iclasında qəbul edilmiş qərarla general-mayor İhsan Başbozqurd Azərbaycana hərbi attaşe təyin olunub. O, bu təyinata qədər zirehli briqadanın komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, general-mayor İ. Başbozqurd Qarsdandır.

YAŞ-ın qərarı ilə Türkiyənin Azərbaycandakı hərbi attaşesi Həsən Nevzat Taşdələrə general-leytenant rütbəsi verilib və o, Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi təyin olunub.