16/01/2015 07:32

Türkiyənin “Hürkuş”u testlərini başa vurdu

Türkiyənin TUSAŞ şirkətinin mühəndisləri tərəfindən dizayn və istehsal olunan “Hürkuş” Yeni Nəsil Təməl Təlim Təyyarəsi testlərinin sonuncusu olan Maksimal Güc Tətbiqi Mərhələsini uğurla tamamlayıb.

TUSAŞ şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, sertifikatlaşdırma mərhələsində keçirilən testlər EASA və Mülki Aviasiya Baş İdarəsinin nəzarəti altında keçirilib və maksimum yük statik test təyyarəsinə uğurla tətbiq edilib.

Bir il yarım ərzində keçirilən testlərdə statik test təyyarəsinə “Hürkuş”un uçuş zamanı məruz qala biləcəyi fərqli tiplərdə vacib yüklənmələr tətbiq olunub. Bütün testlər uğurla tamamlanaraq müvafiq sertifikatlaşdırma tələbləri yerinə yetirilib.