29/03/2014 04:35

Türkiyənin müdafiə sənayesi katibi vəzifəsindən azad edilib

Türkiyənin Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi (müstəşarı) Murad Bayar vəzifəsindən azad edilib. “AzeriDefence”nin bildirdiyinə görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə prezident Abdulla Gülün təsdiq etdiyi qərar “Resmi Qazete”nin bu günkü sayında elan olunub.

Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsində çalışıb.