29/02/2012 09:27

Türkiyənin “Savunma ve Havacılık” jurnalının 25 illiyinə həsr olunmuş xüsusi buraxılışı çap olunub

Türkiyənin nüfuzlu hərbi nəşri – “Savunma ve Havacılık” jurnalının yayıma başlamasının 25-ci ilinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub. “AzeriDefence”nin məlumatına görə, xüsusi buraxılışda jurnalın Türkiyədə fəaliyyətinin 25-ci il münasibəti ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin, milli müdafiə naziri İsmət Yılmazın, müdafiə sənayesi katibi Murad Bayarın, həmçinin müxtəlif qoşun komandanlarının təbrik məktubları yer alıb.

Jurnalda Hava Qüvvələri Komandanı, ordu generalı Mehmet Ertənin Türk Hava Qüvvələrinin mövcud durumu, davam edən modernizasiya fəaliyyətləri və perspektivləri barədə detallı müsahibəsi yayımlanıb.

Jurnalın xüsusi buraxılışı üzərində oxuculara Türkiyə Hava Qüvvələrinin 100 illiyi münasibəti ilə 2011-ci ilin iyun ayında İzmirdə gerçəkləşdirilmiş hava göstərisinin DVD-sini oxuculara hədiyyə edir.

“AzeriDefence” kollektivi olaraq 25 yaşı münasibəti ilə başda jurnalın baş redaktoru Hakkı Arış bəy olmaqla “Savunma və Havaçılık” jurnalının bütün heyətini təbrik edirik.