04/05/2013 11:56

Türkiyənin yeni döyüş maşınları – FOTO

Türkiyənin Otokar şirkəti bu il özünün döyüş maşınları sırasına 3 yeni modeli əlavə edir. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Otokar şirkəti məlumat yayıb.Yeni maşınlar may ayının 7-dən 10-dək İstanbulda keçiriləcək IDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.

İndiyədək əsasən təkərli zirehli nəqliyyat vasitələri və döyüş maşınlarını istehsal edən Otokarın paletli döyüş maşınları sırasına “Altay” tankından sonra daha bir maşın daxil olub.

Yeni maşınları bu gün Otokarın Sakaryadakı zavodunda tanıdılıb.

Şirkət bəyan edib ki, TULPAR paletli döyüş maşını adını Manas dastanındakı döyüşçüləri qoruyan əfsanəvi qanadlı atdan alıb. TULPAR iyirmi birinci əsrin tələbləri çərçivəsində tanklar ilə birlikdə tapşırıqları yerinə yetirə biləcək.

Otokarın tanıtdığı başqa bir məhsul isə Cobra ailəsinin yeni nəsli olan COBRA II maşınıdır. Hazırda Cobralar Türkiyə daxil olmaqla dünyada 15 ölkədə istifadə edilir. COBRA II sələfi Cobra ilə eyni hərəkət qabiliyyətlərinə sahib olsa da, fərqli vəzifələr üçün nəzərdə tutulur. Maşın daha yüksək daşıma tutumuna və daha böyük iç həcmə sahibdir.

Şirkətin başqa bir maşını isə URAL adlı zirehli personal daşıyıcıdır. Bu maşın Otokarın təhlükəsizlik və daxili təhlükəsizlik vasitələri sahəsində təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Üstün hərəkət qabiliyyəti və yüksək qoruma səviyyəsinə malik.

Otokar IDEF sərgisində həmçinin ilk dəfə olaraq, 7.62 mm-dən 30 mm çapadək silahlarla silahlandırılmış, distans idarə olunan “Bozok”, “Başok” və “Üçok” adlı qüllələri də nümayiş etdirəcək.