13/10/2013 13:21

Türkiyənin yeni helikopteri – FOTOLAR

TAI (Turkish Aerospace Industries, Inc.) şirkəti milli imkanlar hesabına Xüsusi Helikopter Proqramı çərçivəsində Türkiyənin yeni helikopterinin dizaynını hazırlayır. Bu barədə “AzeriDefence”yə Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.

Proqramın məqsədi Türkiyə Silahlı Qüvvələri və digər qurumların təhsil və ümumi təyinatlı helikopterlərə olan ehtiyaclarının milli imkanlar əsasında dizayn edilmiş bir platforma ilə qarşılanmasıdır.

2013-cü ilin iyun ayının 26-da imzalanmış və sentyabrın 6-da start verilmiş müqavilə helikopterin dizaynının hazırlanması, yaradılması, test edilməsi və istehsalını əhatə edir.

Müqavilə çərçivəsində 5 ton çəkidə, 3 heyət və 9 sərnişin tutumlu yüngül sinifli ümumi təyinatlı helikopter hazırlanacaq. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyindən (EASA) beynəlxalq sertifikat alınacaq və hərbi kalifikasya tamamlanacaq. Proqram təqviminə görə ilk uçuşun 60 ayda reallaşdırılması, mülki sertifikasyanın EASA-dan 78 ayda alınması və 90 ayda hərbi kalifikasyanın tamamlanması hədəflənməkdədir.