28/06/2016 16:19

Türkmənistan Belarusdan PUA alır

Türkmənistan Belarusun pilotsuz uçuş aparatı və aerostatları ilə maraqlanır.

“AzeriDefence”nin BELTA-ya istinadən verdiyi məlumatına görə, bunu açıqlamasında Belarusun “Pilotsuz uçuş aparatları kompleksi çoxfunksiyalı elmi-istehsalat mərkəzi”nin direktoru Yuriy Yatsın deyib.

O bildirib ki, Türkmənistan təmsil etdiyi qurumda istehsal olunan 290 km radiusda uça bilən pilotsuz aerostat və digər aviasiya kompleksləri ilə yaxından maraqlanıb.

Y. Yatsinin sözlərinə görə, artıq Türkmənistan bu müəssisədə istehsal olunan “Busel” PUA-sının satınalmasını həyata keçirib.

2016-ci ilin ötən dövrü ərzində isə rəsmi Aşqabad adıçəkilən PUA-dan bir neçəsini almaqla yanaşı, Türkmənistan ərazisində istehsalına başlanılmasına dair də danışıqlara başlayıb.

Qeyd edək ki, Türkmənistan son 3 ildə Belarusdan PUA və “Karakal” tank əleyhinə özüyeriyən raket kompleksləri alıb.