12/01/2018 12:11

Türkmənistan Çindən QW-2 daşınan zenit-raket kompleksləri alıb

Türkmənistan Çindən QW-2 (Syanvey-2) daşınan zenit-raket kompleksləri alıb.

“AzeriDefence”nin məlumatına görə, Çin istehsalı olan ZRK-ləri Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədovun Sərhəd Qoşunlarının hərbi hissəsinə səfəri zamanı nümayiş olunub.

Əvvəlki illərdə keçirilən parad və təlimlərdən də göründüyü qədər Türkmənistan ölkənin hava hücumundan müdafiəsini tam olaraq Çin istehsalı olan ZRK-lərə həvalə edib.

2015-2017-ci illərdə rəsmi Aqabad Çindən HQ-9 (ixrac versiyası FD 2000 adlanır), çox funksiyalı HT-233 radarı, aşağı məsafədən uçan hədəfləri müəyyən etmək üçün Тype-120 radarı, habelə FM-90, KS-1A zenit-raket kompleksləri, YLC-2V və YLC-18 üçkoordinatlı radar stansiyaları əldə edib.

Türkmənistanın son olaraq ordunun silahlanmasında nümayiş etdirdiyi Çinin CASİC şirkətinin istehsalı olan QW-2 daşınan ZRK 1990-cı illərdən istehsal olunur. Hazırda ZRK Çinin və Pakistanın (“Anza Mk. 2” adıyla) silahlanmasına daxildir və Sovet 9K310 “İqla-1” ZRK-nin əsasında hazırlanmış üçüncü nəsil aşınan ZRK-lərə aid edilir. ZRK-nin hədəfi məhvetmə ehtimalı 75% olaraq göstərilir. ZRK-nin uzaqlıq üzrə məhvetmmə zonası 500-6000 metr, hündürlük üzrə 10-3500 metr, sürəti 600 m/saniyədir.