12/10/2015 10:38

Türkmənistan daha bir hərbi gəmini dənizə endirdi

Oktyabrın 9-da Türkmənbaşı şəhərində Türkmənistan Hərbi Dəniz Qüvvələrinin İnstitunun açılışı və hərbi dəniz paradı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, açılış mərasiminə qatılan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhəmmədov İnstitutun binasında Türkmənistan HDQ-nin mövcud potensialı və HDQ-nin perspektiv gəmilərinin maketləri ilə tanış olub.

Açılış mərasimindən sonra Türkmənbaşı tərsanəsində inşa edilmiş HDQ-nin yeni gəmisi dənizə endirilib.