30/09/2018 01:08

Türkmənistan Səudiyyə Ərəbistanından zirehli maşınlar alıb

Türkmənistan Səudiyyə Ərəbistanının Armored Vehicles & Heavy Equipment Factory (AVF) şirkətinin istehsalı olan “Al Shibl 2” zirehli avtomobillər alıb.

“AzeriDefence”nin məlumatına görə, Türkmənistan Ordusunun silahlanmasına daxil olan “Al Shibl 2” zirehli maşınları sentyabr ayının 27-də Aşqabad şəhərində Türkmənistanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə nümayiş etdirilib.

Zirehli maşın açıq qülləyə sahibdir. Paradda ən azı 8 ədəd “Al Shibl 2” zirehli maşını nümayiş olunub.

“Toyota Land Cruiser” şassisinə əsaslanan “Al Shibl 2” zirehli maşının heyəti 2 nəfər təşkil edir və maşın 6 desant daşıyır. Zirehli maşının uzunluğu 5.01 m, eni 1.76 m, çəkisi 3600 kq, döyüş çəkisi 4600 kq-dır. 4×4 təkər formuluna malik maşın 228 at gücündə benzin mühərrik və mexaniki ötürmələr qutusu ilə təchiz edilib və sürəti 120 km/saat təşkil edir.