15/06/2019 20:08

Türkmənistan “Super Tucano” təyyarələri alıb

Türkmənistan Braziliyanın Embraer şirkətindən alınmış A-29 /EMB-314 “Super Tucano” yüngül hücum təyyarəsini ilk dəfə nümayiş etdirib.

“AzeriDefence”nin “Polygon” jurnalına istinadən verdiyi məlumata görə, “Super Tucano” təyyarələri iyunun 13-də Türkmənistan silahlı qüvvələrinin təlimində ilk dəfə görüntülənib.

Təlimdə ən azı 2 ədəd “Super Tucano” təyyarəsi iştirak edib.

İndiyədək Türkmənistanın A-29 “Super Tucano” sifarişi barədə heç bir məlumat açıqlanmayıb.

Ehtimal olunur ki, Türkmənistan 2017-ci ildə “Embraer”ə 6 ədəd “Super Tucano” sifariş vermiş və adı açıqlanmayan müştəridir.