14/06/2018 13:34

Türkmənistana yeni müdafiə naziri və Sərhəd Qoşunları komandanı təyin olunub

Türkmənistan Respublikasına yeni müdafiə naziri, milli təhlükəsizlik naziri və Sərhəd Qoşunları komandanı təyin olunub.

Bu barədə “AzeriDefence” Türkmənistanın “Altın əsr” informasiya agentliyinə istinadən məlmat verib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iyunun 13-də imzaladığı sərəncam ilə keçmiş Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Beqenç Gündoğduyev müdafiə naziri, keçmiş müdafiə naziri general-polkovnik Yaylım Berdiyev milli təhlükəsizlik naziri, keçmiş müdafiə nazirinin müavini polkovnik Şadurd Durdıyev Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunublar.