29/10/2016 22:21

Türkmənistanın silahlı PUA-ları – FOTOLAR

Türkmənistan Silahlı Qüvvələri arsenalına yeni daxil olan pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, Türkmənistanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Aşqabadda keçirilən hərbi paradda bu ölkənin Çindən və İtaliyadan aldığı taktik PUA-lar və silahlı PUA-lar nümayiş olunub.

Paradda göründüyü qədər Türkmənistan son bir ildə Çinin “China Aerospace Science and Technology Corporation” (CASC) şirkətindən silahlı CH-3A və WJ-600 A/D çoxməqsədli PUA-lar əldə edib.

Bundan başqa, İtaliyadan “Falco” taktik PUA-lar satın alınıb.

Paradda Türkmənistanın əlində olan köhnə LA-17 PUA-ları da nümayiş etdirilib.

falco

SELEX-ES – “Falco” PUA – İtaliya istehsalı

turkmen34

CH-3A – Çin istehsalı

turkmen

WJ-600 A/D- Çin istehsalı