11/05/2015 16:20

Türkmənistan daha 6 ədəd itisürətli hücum kateri alır

Türkiyənin DEARSAN şirkəti Türkmənistan Sahil Mühafizəsindən 2014-cü ilin ortalarında aldığı əlavə sifariş üzrə ilk kateri cari ilin iyul ayında təhvil verəcək.
Bu barədə “AzeriDefence”yə İDEF-2015 sərgisində təmsil olunan DEARSAN şirkətinin stendində məlumat verilib.

Şirkət yetkililərinin sözlərinə görə, 2014-cü ildə Türkmənistan Sahil Mühafizəsindən 6 ədəd 33 metrlik sürətli hücum kateri sifariş alınıb. Sifariş üzrə çatdırılmalar 2017-ci ildə tamamlanacaq. Hazırda Türkmənbaşıdakı tərsanədə katerlərin inşası davam edir.

DEARSAN-ın 33 katerləri 2 ədəd MTU dizel mühərriyi ilə təchiz edilib. Katerin maksimum sürəti 43+mil, hərəkət radiusu 350 dəniz mili təşkil edir. Katerin silahlanması barədə istehsalçı firma heç bir məlumat verməyib.

Qeyd edək ki, Türkmənistan DEARSAN şirkətindən son 5 ildə 10 ədəd Yeni Tip Gözətçi Gəmisi, 20 ədəd müxtəlif ölçülü (o cümlədən 4 ədəd desant) kater satın alıb. Gəmi və katerlər Türkmənbaşıdakı tərsanədə inşa olunub.