29/03/2013 10:04

Türkmənistan Türkiyədən MRTP-33 tipli katerlər alır

Türkmənistan Türkiyənin Yonca-Onuk şirkətindən sürətli, çoxməqsədli hərbi katerlər satın almaq niyyətindədir. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Rusiya mediası məlumat yayıb.

Hazırda tərəflər arasında MRTP-33 tipli katerlərin alğı-satqısına dair danışıqlar gedir. Bu katerlər qarşıya qoyulan tapşırıqlardan asılı olaraq patrul, xilasetmə, zərbə-raket, xüsusi təyinatlı qüvvələrə dəstək əməliyyatlarında istifadə oluna bilir.

Qeyd edək ki, son iki ildə Türkmənistanda Türkiyənin DEARSAN şirkəti tərəfindən iki ədəd yeni gözətçi gəmisi inşa olunub. Türkmənistan DEARSAN-dan 2015-ci ilədək daha 6 gəmi, əlavə olaraq sərnişin daşıyan katamaran və yedək gəmiləri almaq niyyətindədir.