20/10/2013 07:49

Türkmənistanın hərbi gəmiləri – FOTO

Türkmənistan Sərhəd Mühafizəsinin Türkiyənin DEARSAN şirkəti tərəfindən tikilmiş gözətçi gəmilərinin və Rusiyadan alınmış “Molniya” raket katerinin fotoları hərbi forumlarda yayılıb. “AzeriDefence”nin xəbərinə görə, DEARSAN tərəfindən Türkmənistan Sərhəd Mühafizəsi ilə 10 ədəd 400 ton su basımına malik Yeni Tip Gözətçi Gəmisinin alğı-satqısına dair imzalanmış müqavilə çərçivəsində indiyədək Türkmənbaşı limanındakı Urfe gəmiqayırma zavodunda 4 gəmi tikilib. Qalan 6 gəminin isə yaxın illərdə tikilib sifarişçiyə çatdırılması nəzərdə tutulur.

2012-ci ildə Türkmənistan Sərhəd Mühafizəsinə verilmiş gəmilər G101 “Arkadaq” və SG102 “Barkarar” adlanır.

Fotolardan göründüyü qədər Rusiyadan 2011-ci ildə alınmış 12418 “Molniya” layihəli “Edermen” və “Gayratlı” adlı iki gəmi “Uran-E” raket zərbə kompleksi ilə silahlandırılıb.