19/12/2017 14:01

UF PRO firması yeni hərbi-taktiki köynək hazırlayıb – VİDEO

Sloveniyanın UF PRO firması payız-qış şəraiti üçün yeni hərbi-taktiki köynək hazırlayıb.

“AzeriDefence”nin UF PRO firmasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “AcE Winter Combat Shirt” indeksi almış yeni qızdırıcı döyüş geyiminə sifarişlərin qəbulu başlayıb.

İstehsalçı hibrid köynəkdə tədbiq olunan, dahə əvvəl gizli saxlanılan yeniliyin detallarını açıqlayıb. Bura geyimin ümumi funksional imkanları daxil olmaqla, növü və istifadə edilən materialların xüsusiyyətləri daxildir.

“AcE Winter Combat Shirt” döyüş köynəyi əsasən sıx polyester liflərindən və merinos yunundan hazırlanıb. Bunun sayəsində hərbi-taktiki köynək havanı və suyu buraxmayan imkanlara sahibdir. Polyester liflərindən və merinos yunundan hazırlan köynəyin astarı isə istiliyi tənzimləyən texnologiya əsasında emal edilib. Köynəyin qollarına “G-Loft”un (80 q/m2) sintetik qızdırıcısı və əlavə olaraq istilik izolyasiya işlənilib.

“AcE Winter Combat Shirt” köynəyinin funksional xüsusiyyətlərindən, yan zəncirbəndlərindən başqa, altı cüt ciblər (çiyində, biləkdə və əllərin isitilməsi üçün ön tərəfdə) daha çox diqqət cəlb edir. Köynəyin çəkisi 900 qram təşkil edir.