10/08/2018 21:36

Ukrayna 155 mm kalibrli yeni özüyeriyən haubitsanın sınaqlarına başlayıb

Ukrayna “Bogdana” adı verilmiş 155 mm-lik təkərli özüyeriyən artilleriya kompleksinin sınaqlarına başlayıb.

“AzeriDefence”nin məlumatına görə, “Boqdana” “AutoKrAZ” şirkətinin KrAZ 6×6 təkər formullu nəqliyyat vasitəsinin şassisi üzərində yaradılıb.

Kompleks müasir atəş-idarəetmə sistemindən, ballistik kompüterdən və silah siisteminin kompüterindən ibarətdir.

Əsas atəş idarəetmə sisteminin kompüteri zirehli kabinədə, daha bir kompüter isə arxa bölmədə silahın alt hissəsində yerləşir.

Yeni artilleriya sisteminin 780-40000 metr aralığında hədəfləri vurma qabiliyyətinə malik olması gözlənilir. Top dəqiqədə 6 atış edə biləcək.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov bildirib ki, yeni 155 mm-lik topun atış uzaqlığı xüsusi sursatla 60 kilometrədək çatacaq.