28/07/2012 09:18

Ukrayna Azərbaycana 1 ədəd MiG-29 və 6 ədəd tank əleyhinə raket kompleksi satıb

Ukrayna MiG-29 sifarişini tamamladıUkrayna hökuməti 2011-ci ildə silah və hərbi texnika satışı üzrə hesabatını açıqlayıb. Bu barədə “AzeriDefence”APA agentliyinə istinadən məlumat verib.

Ukraynanın İxraca nəzarət üzrə Dövlət Xidmətinin saytında yer alan məlumata görə, ötən il Ukraynanın silah satdığı ölkələr arasında Azərbaycan və Ermənistan da yer alıb. Belə ki, ötən il Ukrayna Azərbaycana 1 ədəd MiG-29UB döyüş təyyarəsi, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi (TƏİRK), Ermənistana isə 2 ədəd L-39 tipli təlim təyyarəsi satıb.

Qeyd edək ki, bununla da Azərbaycan 2006-cı ildə Ukraynaya sifariş verdiyi 16 ədəd MiG-29 döyüş təyyarəsinin hamısını silahlanmaya qəbul edib.