18/09/2015 11:32

Ukrayna BTR-3M zirehli transportyorunu təkmilləşdirib

Ukrayna döyüş əməliyyatları zonasında əldə olunmuş təcrübə və gələn təkliflər əsasında BM-3M “Şturm” döyüş modulu ilə silahlandırılmış BTR-3M zirehli transportyorunu təkmilləşdirib.

Bu barədə “AzeriDefence” Ukrayna mediasına istinadən məlumat verib.

Modernləşdirmə işləri Kiyev Zirehli Tank Zavodunda həyata keçirilir və artıq yeni versiyanın sınaqları bitmək üzərədir. Müəssisənin direktoru Vladislav Lisitsa bildirib ki, təkmilləşdirilmiş nümunələr tezliklə Ukrayna Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

Müəssisə rəhbərinin sözlərinə görə, hazırda BTR-3E transportyorunun mühərrikindən savayı, qalan bütün hissələri Ukraynada istehsal olunur. Təkmilləşmə nəticəsində maşının döyül qabiliyyəti yüksəlldilib.

Maşının hazırlanmasında istifadə olunan polad zirehin isə üç təchizatçıdan – Polşadan, Finlandiyadan və Mariupoldakı “Azovstal” kombinatından alınacaq.

V. Linsnitsa bildirib ki, BM-3M “Şturm” döyüş modulunun da dizaynı istifadəçilərin rəyi nəzərə alınaraq dəyişdirilib. Döyüş modulunun müşahidə sisteminin yeri dəyişdirilib, avtomatik qumbaraatan isə moduldan çıxarılıb. Döyüş modulunda yeni idarəəetmə sistemi tətbiq olunub ki, bura istənilən peyk naviiqasiya sistemi, avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri inteqrasiya edilə bilir.