22/01/2013 12:54

Ukrayna BTR-4-ün yeni modifikasiyasını hazırlayıb – FOTO

Ukraynanın “A.A. Morozov adına Xarkov Maşınqayırma Konstruktor Bürosu” BTR-4MV modifikasiyalı zirehli transportyorun birinci təcrübi nümunəsinin istehsalını başa çatdırıb. Bu barədə “AzeriDefence” Ukrayna mediasına istinadən məlumat verib.

BTR-4MV modifikasiyasının əsas fərqi korpusun qabaq hissəsinin daha çox mailliyi və sürücü-mexaniklə komandirin ayrı lyuklarda yerləşməsidir.

Bundan başqa, desantın çıxışı üçün arxa hissədə qatlanan apparel (əlavə qapı var) yerləşdirilib. Maşının gövdəsinin ballistik müdafiəsi STANAG 4569 Level 2 səviyyəsindən STANAG 4569 Level 3 səviyyəsinə qədər yüksəldilib. Lakin BTR-4MV modifikasiyasının mina əleyhinə müdafiəsi əvvəlki kimi qalır.

BTR-4MV təcrübi nümunəsi Parus döyüş modulu ilə təchiz edilib.

BTR-4MV-ün Ukraynanın Silahlı Qüvvələri üçün perspektivli zirehli maşın kimi baxılması planlaşdırılır.