17/04/2013 07:18

Ukrayna “Dozor”un istehsalına hazırlaşır

Kiyev Zirehli Tank Təmir Zavodu yaxın vaxtlarda “Dozor” yüngül zirehli avtomobilin istehsalına başlayacaq. Bu barədə “AzeriDefence” Ukrayna hərbi mediasına istinadən məlumat verib.

Zirehli avtomobil A.Morozova adına Xarkov Maşınqayırmanın Konstruktor Bürosunda hazırlanıb.

Xüsusi təyinatlı yeni zirehli avtomobilin hərb təyinatlı “Dozor” və mülki təyinatlı “Dozor-A” modeli mövcuddur.

“Dozor” 4×4 təkər formuluna malikdir. Maşın şəxsi heyətin və yüklərin daşınması üçün nəzərdə tutulur.