25/05/2016 12:33

Ukrayna gəzən sursatların istehsalına hazırlaşır

Ukrayna Polşa ilə birlikdə gəzən sursatların (kamikadze PUA) istehsalına hazırlaşır.

Bu barədə “AzeriDefence” Ukraynanın “Defense Ekspress” jurnalına istinadən məlumat verib.

Məlumata görə, aprelin 27-də Ukrayna prezidenti Petr Poroşenko Silahlı Qüvvələrin arsenalı ilə tanış olarkən ona Çerniqov Radio Cihaz Zavodunun (ÇeZaRa) ekspozisiyasında Polşanın “WB Electronics” şirkəti tərəfindən yaradılmış “Warmate” gəzən sursatı nümayiş etdirilib.

Jurnalın məlumatına görə, mart ayında şirkətlər arasında imzalanmış müqaviləyə əsasən ÇeZaRa iyulun 1-dən adıçəkilən zərbə PUA-nın istehsalını planlaşdırır.

Elektrik mühərrikə və 4 kq çəkiyə malik “Warmate” gəzən sursatı 0.7 kq ağırlığında partlayıcı başlıq daşıyır. “Warmate”nin uçuş müddəti 30 dəqiqə, maksimal sürət 150 km/saat, uçuş məsafəsi 10 km-dir.

DSC_0465